image-reklam-veteninfo
image-1backend

İsrailin Qəzzaya endirdiyi zərbələr nəticəsində 32 nəfər ölüb

image-reklam-veteninfo

İsrailin Qəzza zolağına son 24 saatda endirdiyi zərbələr nəticəsində 30-dan çox fələstinli həlak olub.

Vətəninfo.az xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.

“Son 24 saat ərzində Qəzza zolağında 37 ölü, o cümlədən daha əvvəl öldürülən 5 nəfərin cəsədi xəstəxanalara çatdırılıb”. 136 yaralı da təxliyə edilib. “Lakin dağıntılar altında və küçələrdə hələ də çoxlu qurbanlar var ki, onlara fövqəladə hallar və mülki müdafiə xidmətləri çata bilmir”, – məlumatda deyilir.

Səhiyyə Nazirliyinin son məlumatlarına görə, martın 18-dən bəri İsrail Müdafiə Qüvvələrinin əməliyyatları nəticəsində 4149-dan çox adam ölüb, 12500-ə yaxın insan yaralanıb.

2023-cü ilin oktyabrında Fələstin-İsrail münaqişəsinin kəskinləşməsindən bəri ölənlərin ümumi sayı 54 418 nəfəri keçib, 124 190 nəfər yaralanıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki