image-reklam-veteninfo
image-1backend

İsrailin Qəzzaya hücumları nəticəsində 10 min şagird ölüb

image-reklam-veteninfo

10 aydır İsrailin hücumlarına məruz qalan və humanitar böhranın gündən-günə dərinləşdiyi Qəzza zolağında 10 min şagird və 400 müəllimin həyatını itirdiyi bildirilib.

Fələstinin təhsil naziri Emced Barham liseylərə qəbul imtahanlarının birinci turunun nəticələri ilə bağlı keçirdiyi mətbuat konfransında Qəzzadakı şagirdlərin vəziyyətindən danışıb.

Qəzzada 39 min şagirdin İsrailin hücumları səbəbindən liseyə qəbul imtahanında iştirak edə bilmədiyini ifadə edən Emced Barham oktyabrın 7-dən etibarən 10 min şagird və 400-ə yaxın müəllimin həyatını itirdiyini bildirib.

Birləşmiş Millətlər Təşkilatının (BMT) məlumatına görə, İsrailin oktyabrın 7-dən etibarən Qəzzaya təşkil etdiyi hücumlar səbəbindən 625 min şagird təhsildən məhrum olub.

Qəzza zolağında təhsil müəssisələrinin 88 faizi zərər görüb.

Bölgədə əksəriyyəti uşaq və qadın olmaqla 40 minə yaxın adam həyatını itirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki