İsrailin Qəzza zolağında quru əməliyyatı bu həftə sonu planlaşdırılsa da, pis hava şəraiti səbəbindən təxirə salınıb.
Bu barədə “The New York Times” anonim qalmaq istəyən yüksək rütbəli israilli zabitlərin məlumatlarına istinadla yazıb.
“Əməliyyat ən azı qismən buludlu hava şəraitinə görə bir neçə gün gecikdirilib ki, bu da İsrail pilotlarının və dron operatorlarının quru qüvvələrinə hava örtüyü təmin etməsini çətinləşdirəcəkdi”, məlumatda deyilir.
Qeyd edilib ki, əsgərlər şəhər xarabalıqlarında döyüş əməliyyatları üçün əlavə təlimlər keçiriblər.
Xatırladaq ki, oktyabrın 13-də İsrail kəşfiyyat qrupları qısa müddət ərzində əraziyə daxil olub. Hazırda qoşunlar quru döyüşlərinə hazırlığını artırır.


























