İsrailin Qəzza zolağına son 24 saatda endirdiyi zərbələr nəticəsində 140-dan çox adam ölüb, 400-dən çox insan yaralanıb. Vətəninfo.az xəbər verir ki, bu barədə Qəzzanın Səhiyyə Nazirliyi məlumat yayıb.
“Son 24 saat ərzində İsrail işğalı Qəzza zolağında ailələrə qarşı 4 kütləvi qətl törədib, 141 qurban və 400 yaralı xəstəxanalara yerləşdirilib”, – mesajda deyilir.
İdarənin məlumatına görə, münaqişə başlayandan Qəzza zolağında qurbanların sayı 38 584 nəfərə çatıb, 88 800-dən çox insan xəsarət alıb.


























