image-1backend

İsrailin Rəfaha hücumu dəhşətlidir – Justin Trudeau

image-reklam_sirab_01

Kanadanın baş naziri Castin Trüdo bəyan edib ki, ölkə hakimiyyəti İsrail ordusunun Qəzza zolağında Rəfaha hücumunun nəticələrindən dəhşətə gəlib.Vətəninfo.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Trudeau Fələstində kütləvi insan əzabına son qoymağa çağırıb. O bildirib ki, münaqişə tərəfləri atəşkəsə getməlidir. Bundan əlavə, Qəzza zolağına göndərilən humanitar yardımın həcmini artırmaq lazımdır.

Baş nazir vurğulayıb ki, o və hökuməti İsrailin zərbələrindən dəhşətə gəlib. Kanada Nazirlər Kabineti İsrailin Rəfahdakı hərbi əməliyyatlarını qəti şəkildə dəstəkləmir.

Bundan əvvəl Əlcəzairin Rəfahla bağlı qətnamə layihəsini BMT Təhlükəsizlik Şurasında yayacağı bildirilirdi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki