İsrailin Suriyaya hücumu nəticəsində 10 nəfər ölüb. Vətəninfo.az xəbər verir ki , bu barədə Suriya televiziyası məlumat yayıb. İsrail qüvvələri Dəra bölgəsindəki Nəva qəsəbəsini hədəfə alıb.
Suriyanın SANA xəbər agentliyinin məlumatına görə, 9 nəfər həlak olub.
İtkilərin Nəva şəhəri və Əl-Cubailiya kəndi ətrafında saatlarla qaldıqdan sonra geri çəkilən İsrail qüvvələrinə qarşı döyüşlərdə qeydə alındığı bildirilir.
Aprelin 2-də axşam Suriya televiziyasının müxbiri xəbər verib ki, İsrail qüvvələri onlarla hərbi maşın yerləşdirərək Dəra bölgəsindəki Nəva şəhəri ətrafını işğal ediblər.
Suriyanın cənubunu işğalı ilə paralel olaraq, İsrail döyüş təyyarələri aprelin 2-də axşam saatlarında Suriyanın beş müxtəlif bölgəsinə, o cümlədən paytaxt Dəməşqin şimalındakı Masaken Barzeh bölgəsindəki tədqiqat binasına və Həma əyalətindəki hərbi obyektlərə ardıcıl 14 hava hücumu həyata keçirib, nəticədə Həma hərbi hava limanı, demək olar ki, tamamilə dağıdılıb, onlarla mülki vətəndaş və yaralanıb.
İsrailin müdafiə naziri İsrael Katz öz növbəsində vurğulamışdır ki, “İsrailin Suriyadakı məqsədi ölkənin cənubunu silahsızlaşdırmaq və Suriya ərazisində təhlükəsiz atmosferi təmin etməkdir”.