image-1backend

İsrailin Suriyaya endirdiyi hava hücumunda 2 nəfər yaralanıb- SANA

image-reklam_sirab_01

Səhər tezdən İsrail qüvvələri Suriyanın Latakiya şəhərinə hava hücumu həyata keçirib, nəticədə 2 nəfər yaralanıb, maddi ziyan dəyib. Vətəninfo.az  xəbər verir ki , bu barədə SANA agentliyi məlumat yayıb.

Qeyd olunur ki, İsrail Aralıq dənizi istiqamətindən hava hücumu həyata keçirərək, Latakiyanın cənub-şərq girişi yaxınlığındakı obyektlərdən birini hədəfə alıb. 

Öz növbəsində, Suriya İnsan Haqları Müşahidə Qrupu (SOHR) İsrailin hücumunun Latakiya şəhərindəki silah anbarına həyata keçirildiyini bildirib.

İsrail Müdafiə Qüvvələri Suriyaya zərbə endirilməsi ilə bağlı heç bir açıqlama verməyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki