İsrail Hərbi Hava Qüvvələrinin Livanın cənubundakı yaşayış məntəqələrinə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 492-dən 550-yə yüksəlib, 1800 nəfər yaralanıb.
Bu barədə ölkənin səhiyyə naziri vəzifəsini icra edən Firas Abyad mətbuat konfransında bildirib.
“Qurbanlar arasında 50 uşaq və 94 qadın var. 4 təcili tibbi yardım işçisi də həlak olub, onların maşınları hava zərbələrinə məruz qalıb”, – deyə o bildirib.