image-1backend

İstanbul dünyanın ən çox tıxac olan şəhəri seçildi

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, İstanbul dünyanın ən sıx tıxaclı şəhərləri sıralamasında birinci olub, Inrix-in təhlilinə görə, şəhər sakini tıxaclara görə ildə 105 saat itirir.

20 milyondan çox əhalisi olan Türkiyənin ən böyük şəhəri Nyu-York, Çikaqo, Mexiko, London və bir sıra digər meqapolisləri qabaqlayıb. Araşdırmaya 37 ölkədən 900-dən çox şəhər daxil edilib.

Analitiklərin fikrincə, şəhərdə tıxac vəziyyəti bir il ərzində 15% pisləşib. Bir il əvvəl Çikaqo reytinqdə lider idi. Üstəlik, 2018-ci ilin eyni reytinqinə əsasən, İstanbulda sürücülər 157 saat, bir il əvvəl isə cəmi 59 saat tıxacda vaxt keçiriblər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image