İstanbul Hava Limanı 8-14 iyul tarixləri arasında gündə orta hesabla 1491 uçuşla Avropanın ən işlək hava limanı oldu.
Avropa Hava Naviqasiyasının Təhlükəsizliyi Təşkilatının (Eurocontrol) 8-14 iyul tarixləri üçün Avropa Aviasiya Hesabatı dərc olunub.
Hesabata görə, İstanbul Hava Limanı bu müddət ərzində gündə orta hesabla 1491 uçuşla Avropanın ən işlək hava limanları arasında birinci olub.
İstanbul hava limanını gündə 1413 uçuşla Parisin Şarl De Qol və 1407 uçuşla Amsterdamın Şiphol hava limanları izləyib.


























