image-1backend

İstanbul Hava Limanı  Avropanın ən yaxşısı oldu

image-reklam_sirab_01

Türkiyənin Nəqliyyat və infrastruktur naziri Əbdülqədir Uraloğlu İstanbul Hava Limanının 2-8 dekabr tarixləri arasında gündə orta hesabla 1352 uçuşla Avropa paytaxtlarında olan hava limanlarını geridə qoyaraq liderliyini qoruduğunu bildirib.

Ə.Uraloğlu yazılı açıqlamasında Avropa Hava Naviqasiya Təhlükəsizliyi Təşkilatının (EUROCONTROL) 2-8 dekabr dövrünü əhatə edən Avropa Aviasiya İcmal Hesabatını dəyərləndirib.

Hesabata görə, İstanbul Hava Limanı gündə orta hesabla 1352 uçuşla Avropanın ən işlək hava limanıdır.

Nazir sözügedən mövzu ilə bağlı deyib: “İstanbul Hava Limanımız London, Amsterdam, Paris kimi Avropa paytaxtlarındakı hava limanlarını geridə qoyaraq zirvəsini qoruyub. Sabiha Gökçen hava limanımız isə gündəlik orta hesabla 662 uçuşıa 10-cu yerdə olub.

Türkiyə gündə orta hesabla 2511 uçuşla Avropanın ən çox uçuş yoluna malik ölkələri arasında 6-cı yerdədir.

Uçuş sıxlığında müvəffəqiyyət uçuşa gecikməmə müddətlərində də özünü göstərir. Türkiyə hava məkanımız hər uçuşda 0,5 dəqiqədən bir qədər az gecikmə ilə Avropanın ən səmərəli hava məkanlarından biri sayılıb.”


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image