“Flyone Armenia Airlines” aviaşirkətinin İdarə Heyətinin sədri Aram Ananyan İrəvan-İstanbul-İrəvan reyslərinin hava rüsumundan azad edilməsi məsələsini siyasiləşdirməyi lazım görmür.
Veteninfo.az erməni mediasına istinadən xəbər verir ki, Ananyan xüsusilə qeyd edib ki,istənilən yeni açılan istiqamət belə bir imtiyaz əldə edir. Və bu mənada Ermənistanın aviasiya orqanlarının verdiyi izahatlar daha dolğundur. Bu baxımdan məsələnin məzmununun təhrif edilməsi tamamilə yersizdir.
Erməni mediasının yaydığı məlumata görə, bir müddət əvvəl İrəvan-İstanbul-İrəvan marşrutu ilə hərəkət edən sərnişinlərin hava vergisindən azad ediləcəyi bildirilirdi. Mülki Aviasiya Komitəsi aydınlaşdırıb ki, son 12 ayda xidmət göstərilməyən istiqamətlərə yeni xidmət göstərilir, Bu təkcə İstanbula aid deyil, bir çox istiqamətlər bu prinsiplə hava rüsumundan azad edilib. İstanbul marşrutu 2 fevral 2022-ci il tarixindən 2 fevral 2025-ci il tarixədək, yəni 3 il müddətinə hava rüsumundan azad edilib.
Məlumata görə İrəvan-İstanbul reysləri Zvartnots Beynəlxalq Hava Limanından İstanbul Beynəlxalq Hava Limanına həyata keçiriləcək.


























