10:53
İstanbulda özünü azərbaycanlı diplomat kimi təqdim edən və 70 kq qızılla saxlanılan şəxs diplomat deyil.
Tutulan şəxs bir müddət əvvəl Azərbaycanın ABŞ-dakı Səfirliyində hərbi attaşenin köməkçisi vəzifəsində çalışıb.
Xatırladaq ki, Türkiyənin İstanbul şəhərində “Vadi İstanbul” ticarət mərkəzinin yaxınlığında polisin qaçaqmalçılıqla mübarizə məqsədilə həyata keçirdiyi yoxlama zamanı taksilərin birində azərbaycanlının üzərində 70 kiloqram qızıl aşkarlanıb.
Həmin şəxs özünü diplomat kimi təqdim edib.
***
09:09
İstanbulda bir ticarət mərkəzinin qarşısında polis tərəfindən saxlanılan şübhəlinin üzərində 70 kilo qızıl tapılıb.
Türkiyənin İHA agentliyinin verdiyi xəbərə görə, məsələ ilə bağlı araşdırma davam edir.
Məlumatda qeyd olunub ki, 70 kq qızıl İstanbul Prokurorluğu tərəfindən verilən təlimatlar çərçivəsində Qaçaqmalçılıqla Mübarizə Şöbəsi tərəfindən keçirilmiş əməliyyat nəticəsində İstanbulda Azərbaycan əsilli bir nəfərdə aşkarlanıb.
Saxlanılan şəxs özünü diplomat kimi təqdim edib. O, qızılların özünə aid olduğunu da qeyd edib.
Şübhəli şəxs M.G.Ş. taksidə olarkən saxlanılıb.