Türkiyə polisi çərşənbə axşamı İstanbulun Boğaziçi Universitetində islam təbliğatçısının universitetdə keçirdiyi konfransa etiraz edən 97 tələbəni həbs edib . Vətəninfo.az xəbər verir ki, bu barədə şəhər valisi Davudoğlu Reuters agentliyinə bildirib .
Tələbələr erkən nikahla bağlı mübahisəli fikirləri ilə tanınan İslam natiqi Nurəddin Yıldızın konfransına etiraz ediblər . Konfransı universitetin tələbə klubu təşkil edib .
Universitetdə polis kordonlarını yarmağa cəhd edən 97 tələbə həbs edilib .
O əlavə edib ki, dava zamanı 13 polis əməkdaşı beş metrlik tikinti çuxuruna düşərək xəsarət alıb.