image-1backend

İstanbulda kafedə baş verən atışmada 3 nəfər ölüb

image-reklam_sirab_01

İstanbulda kafedə baş verən atışma nəticəsində 3 nəfər ölüb, 5 nəfər yaralanıb. Vətəninfo.az xəbər verir ki, İstanbul valiliyinin məlumatına görə, hadisə İstanbulun Asiya hissəsinin Üsküdar rayonunda baş verib.

“Mayın 23-də saat 20:10 radələrində Üsküdar rayonunda kafedə iki qrup arasında mübahisə baş verib. Atışma silahlı qarşıdurmaya çevrilib. Hadisə nəticəsində 3 nəfər ölüb, 5 nəfər yaralanıb, onlardan ikisinin vəziyyəti ağırdır. Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb. Hadisə ilə bağlı təhqiqat davam etdirilir”, – deyə səlahiyyətlilər məlumat yayıb.

Habertürk telekanalının qeyd etdiyi kimi, insidentə səbəb iki yerli ailənin düşmənçiliyi ola bilər. İddialara görə, onlar mübahisəni həll etmək üçün kafedə görüşüblər, lakin söhbət zamanı mübahisə düşüb. Mübahisə iştirakçılarından bəziləri odlu silahdan istifadə ediblər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki