İstanbulun Başakşehir rayonunda orta məktəbdə bıçaqlı insident baş verib.
Vətəninfo.az xəbər verir ki, Türkiyə mediasının məlumatına görə, Şeyx Şamil adına məktəbdə şagird həmyaşıdlarına bıçaqla hücum edib. Hadisə nəticəsində 7 şagird yaralanıb.
Yaralanan şagirdlər, o cümlədən qızlar, xəstəxanaya çatdırılıb. Hadisədən sonra məktəbdəki şagirdlər təxliyə edilib.
İstanbul Valiliyinin məlumatına görə, insident yerli vaxtla saat 08:40-da baş verib. İlkin araşdırmalara əsasən, hadisəyə şagirdlər arasında yaranan mübahisə səbəb olub.
Hücumda şübhəli bilinən 15 yaşlı şagird polis tərəfindən saxlanılıb.
Hadisə ilə bağlı araşdırma davam etdirilir.


























