İsveçin Milli Təhlükəsizlik Xidməti “SAPO” İranın digər ölkələrə, qruplara və şəxslərə qarşı zorakılıq həyata keçirmək üçün bu ölkədə “cinayət şəbəkələrindən” istifadə etdiyini açıqlayıb.
Məlumata görə, bu fəaliyyətlər əsasən xaricdəki İrana müxalif qrupları və ayrı-ayrı şəxsləri hədəfə alır, eyni zamanda İsrail kimi digər ölkələrin nümayəndələrini də əhatə edir.
İsveç Kəşfiyyat Xidməti xəbərdarlıq edib ki, “belə addımlar İsrail və yəhudilərin İsveçdəki maraqlarına, məqsədlərinə və fəaliyyətlərinə zərər vurmaq məqsədi ilə həyata keçirilə bilər”.
“SAPO” bəyanatında bildirir ki, İran İsrailə və İsveçdə Tehranın təhlükə hesab etdiyi digər ölkələrə və qruplara qarşı “zorakılıq aktları” həyata keçirmək üçün bəziləri uşaq olan cinayətkar dəstələrin üzvlərini əməkdaşlığa cəlb edir.