image-reklam-veteninfo
image-1backend

İsveç səfiri  İran Xarici İşlər Nazirliyinə çağırılıb

image-reklam-veteninfo

Vətəninfo.az  xəbər verir ki, bu gün İsveçin İrandakı səfiri Matias Otterstedt “ölkə rəsmilərinin İrana qarşı səsləndirdiyi açıqlamalara etiraz” bəhanəsilə İran Xarici İşlər Nazirliyinə çağırılıb.
Məlumata görə, İran XİN səfirlə görüşdə “İsveçin təhsil nazirinin İrana qarşı açıqlamalarını tənqid edib və bu bəyanatları beynəlxalq hüquq standartlarına və diplomatik qaydalara zidd adlandırıb”.
Qeyd edək ki, ötən həftə İsveç Xarici İşlər Nazirliyi İranın bu ölkədəki səfirini çağıraraq, ikili vətəndaşlığı olan və İranda həbsdə saxlanılan güneyli Əhmədrza Cəlalinin humanitar səbəblərə görə dərhal azad edilməsini və ona tibbi xidmət göstərilməsini tələb edib. Eyni zamanda, İsveç XİN məhbusun edam hökmünə etiraz edərək, ölüm cəzasının həyata keçirilməməsini istəyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki