İsveçdə doğum səviyyəsinin aşağı olması səbəbindən hər 10 uşaq bağçasından biri bağlana bilər
Doğuş səviyyəsinin aşağı olması yaxın üç ildə 1000-ə yaxın uşaq bağçasının bağlanmasına səbəb ola bilər ki, bu da ümumi sayın onda birini təşkil edir.
Vətəninfo.az-ın məlumatına görə , bu barədə “İsveç İcmaları və Regionları” (SKR) regional assosiasiyasının proqnozuna istinadən SVT telekanalı məlumat yayıb.
“Bu o deməkdir ki, beş-altı ildən sonra bizim daha az məktəbə ehtiyacımız olacaq” dedi SKR-nin baş iqtisadçısı Annika Wallenskog.
Mərkəzi Statistika Bürosunun məlumatına görə, 2024-cü ilin birinci yarısında İsveçdə doğum nisbəti kəskin şəkildə azalıb. Yalnız 50,500 uşaq doğulub ki, bu da 2000-ci illərdə ən aşağı göstəricidir.
“Statistika bürosunun hesablamalarına görə, 2027-ci ildə 130 min uşaq doğulmalı idi, amma biz görürük ki, 95 min uşaq dünyaya gələcək. Bu, böyük bir azalmadır”, – Wallenskog qeyd edib.
İsveçdə ölkədə məktəbəqədər təhsil müəssisələrinin sayının 12% azalacağı gözlənilir.