İsveçin xarici işlər naziri istefa verib
İsveçin xarici işlər naziri Tobias Billström sentyabrın 4-də bu addımının səbəblərini açıqlamadan istefa verdiyini və siyasətdən getdiyini açıqlayıb. Vətəninfo.az xəbər verir ki , Billström qərarını X sosial platformasında yazıb.
O, baş nazir Ulf Kristersonu xarici işlər naziri vəzifəsindən istefa verməsi barədə qərarını “qarışıq kədər və qürur hissi ilə” məlumatlandırdığını bildirib.
Tobias Billström 25 il siyasətdə olduğu müddətdə müxtəlif vəzifələrdə, o cümlədən 10 il nazir, 2006-2014-cü illərdə Miqrasiya naziri, 2022-ci ildən isə Xarici İşlər Naziri vəzifələrində çalışıb.
“Mən indi siyasətdən tamamilə gedirəm. Bu o deməkdir ki, mən də Riksdaqdakı (İsveç parlamenti) yerimdən imtina edirəm”, – 50 yaşlı Billström yazıb.
Xarici işlər naziri kimi nailiyyətləri arasında o, İsveçin 200 illik neytrallıqdan sonra NATO-ya üzvlüyünü xüsusi qeyd edib.