image-22backend

İsveçrə Nümayəndələr Palatası Ukraynaya 5 milyard frank yardım paketini rədd edib

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, İsveçrə mətbuatında yer alan xəbərə görə, beş-on il davam etməsi gözlənilən bu yardım paketi təklifi Nümayəndələr Palatasının Xarici Siyasət Komitəsi tərəfindən rədd edilib.

İsveçrənin xarici işlər naziri İqnazio Kassis qərarla bağlı verdiyi açıqlamada İsveçrənin Ukrayna xalqı üçün üç dəstək paketi hazırladığını və davam edən müharibə səbəbiylə yenidənqurma ehtiyacının nə qədər olacağını təxmin edə bilmədiklərini bildirib.

“İsveçrə artıq Ukraynaya böyük maliyyə töhfəsi verib. İsveçrə hökuməti 2025-2028-ci illər üçün Ukrayna və region üçün təxminən 1,5 milyard frank ayırıb”, – Kassis bildirib.

Qeyd edək ki, yardım paketinin humanitar yardım, mülki əhalinin müdafiəsi, minalardan təmizlənməsi və sülhün əldə olunması üçün istifadə edilməsi planlaşdırılırdı.

Bildirilib ki, qərar Ukrayna prezidenti Volodimir Zelenskinin İsveçrə parlamentindəki çıxışından bir həftə əvvəl verilib.

Ukraynaya yardım məsələsinin iyunun 12-də yenidən parlamentin gündəminə gətiriləcəyi gözlənilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki