image-1backend

İsxak Hersoq: ”Benyamin Netanyahunu dəstəkləyəcəyəm”

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, İsrail prezidenti İsxak Hersoq ABŞ prezidenti Co Baydenin Qəzza zolağında atəşkəsin təmin edilməsi ilə bağlı təklifini qəbul edəcəyi təqdirdə baş nazir Benyamin Netanyahunu dəstəkləyəcəyini bildirib.
İsxak Hersoq Tel-Əviv Universitetində keçirilən hüquq konfransındakı çıxışında deyib: ”Baş nazirə əsirlərin azad edilməsi üçün onu və hökumətini dəstəkləyəcəyimi dedim”.
Xatırladaq ki, mayın 31-də Ağ Evdə çıxış edən Co Bayden İsrailin 3 mərhələdən ibarət yeni atəşkəs təklifi təqdim etdiyini və ilk mərhələdə İsrailin Qəzzadakı yaşayış məntəqələrindən çıxacağını və bu müddət ərzində tərəflərin əlində saxladığı əsirlərin bir qismini azad edəcəyini təxmin etdiyini söyləyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki