image-1backend

İtaliya və İsveçrə sərhədinin bir hissəsi yenidən çəkiləcək

image-reklam_sirab_01

İtaliya və İsveçrə sərhədinin bir hissəsi buzlaqların əriməsi səbəbindən yenidən çəkiləcək.

İki ölkə Alp dağlarının ən hündür zirvələrindən biri olan Matterhornun altındakı sərhədi dəyişdirmək barədə razılığa gəlib.

İsveçrə hökuməti “Buzlaqlar əridikcə bu təbii elementlər inkişaf edir və milli sərhədləri yenidən müəyyənləşdirir” ifadəsini işlədib və müqavilənin imzalanma prosesləri tamamlandıqdan sonra dərc ediləcəyini açıqlayıb.

Qeyd edək ki, İsveçrədəki buzlaqlar 2023-cü ildə öz həcminin 4 faizini itirib ki, bu da illik rekordun ikinci ən böyük azalması olub. Ölkədə ən böyük azalma 2022-ci ildə 6 faizlə qeydə alınıb.

Təxminən 40 il əvvəl Matterhorn yaxınlığındakı buzlaqdan keçərkən itən almaniyalı alpinistin qalıqları ötən ilin iyulunda əriyən buzlar arasında tapılmışdı. 2022-ci ildə isə İtaliyanın Alp dağlarında buzlaqın çökməsi nəticəsində 11 nəfər həlak olmuşdu.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki