image-1backend

İtaliya Zelenskiyə səsləndi:”Rusiyaya güzəştə gedin”

image-reklam_sirab_01

İtaliyanın xarici işlər naziri və baş nazirin müavini Antonio Tajani Ukraynanın münaqişənin həlli üçün güzəştə getməli olduğu fikrini bildirib. Vətəninfo.az xəbər verir ki, o, bu barədə RAI-1 telekanalında yayımlanacaq televiziya müsahibəsindən əvvəl bildirib.

“Ruslar hələ də irəliləyirsə, Zelenski vəziyyətin pisləşməsini istəmirsə, güzəştə getməli olacaq”, – Tajani müsahibəsində deyib.

Nazir vəziyyətin pisləşməsinin qarşısını almaq üçün tədbirlərin görülməsinin vacibliyini vurğulayıb.
Antonio Tajani əsas bəyanatından əlavə, 2025-ci ilə qədər sülhün bərqərar olacağına da ümid etdiyini bildirib. O, regionda sabitliyin bərqərar olması üçün yaxın gələcəkdə münaqişənin sülh yolu ilə həllinin vacibliyini vurğulayıb.

Reuters xəbər agentliyinin məlumatına görə, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın təklif etdiyi Ukrayna probleminin həlli strategiyasına Kiyevdən Rusiyaya ərazi güzəştləri təklifləri daxildir.

Bundan əvvəl Zelenski özü də istisna etməyib ki, Ukrayna itirilmiş əraziləri, o cümlədən Krımı qaytara bilmir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image