image-reklam-veteninfo
image-1backend

İtaliyada böyük əməliyyat zamanı 100-ə yaxın mafiya üzvü həbs edilib

image-reklam-veteninfo

İtaliya polisi mayın 21-də Kalabriya mafiyası “Ndrangheta”ya qarşı geniş əməliyyat keçirərək, 14 əyalətdə 97 nəfəri həbs edib. Onlar Ndrangheta klanları ilə əlaqədə və ya əməkdaşlıqda ittiham olunurlar.  Vətəninfo.az xəbər verir ki, bu barədə EFE agentliyi məlumat yayıb.

Qeyd olunur ki, hüquq-mühafizə orqanlarının məlumatına görə, “Millenium” kod adlı əməliyyata Kalabriya, Siciliya polisi və xüsusi təyinatlılarının, eləcə də beynəlxalq polis strukturlarının iştirakı ilə Regcio di Kalabria əyalətinin Mafiyaya Qarşı Mübarizə İdarəsi rəhbərlik edir. Həbs edilənlər mafioz təşkilatın üzvü olmaqda, narkotik vasitələrin qanunsuz dövriyyəsində, adam oğurluğunda, siyasətçilərə təsir göstərməkdə və qanunsuz silah saxlamaqda ittiham olunurlar.

Bundan əlavə, çirkli pulların yuyulması və cinayətkar fəaliyyətlərə maddi-texniki dəstək üçün istifadə edildiyi iddia edilən iki bizneslə bağlı araşdırma başlanıb.

Əməliyyat İtaliya hüquq-mühafizə orqanları Reggio di Calabria-nın əsas mafiya ailələrinin həm milli, həm də beynəlxalq səviyyədə narkotik ticarətində sıx əməkdaşlıq etdiyini aşkar etdikdən sonra həyata keçirilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki