image-1backend

İvanişviliyə və Trampa qarşı sui-qəsdi eyni qüvvələr hazırlayıb- Kobaxidze

image-reklam_sirab_01

Hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının qurucusu Bidzina İvanişviliyə qarşı sui-qəsd Slovakiyanın baş naziri Robert Fikonu və ABŞ-ın keçmiş prezidenti Donald Trampı öldürməyə cəhd edən qüvvələr tərəfindən hazırlanıb.

Vətəninfo.az xəbər verir ki , bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze brifinq zamanı bildirib.“Bu yaxınlarda iki terror aktı həyata keçirilib: biri Slovakiyada, ikincisi ABŞ-da. Bu, eyni qlobal siyasi qüvvələri səciyyələndirən ümumi əlyazmadır”, – TASS Kobaxidzenin sözlərindən sitat gətirib.O, əlavə edib ki, Gürcüstanda terrora hazırlıq narahatlıq doğurur və ölkənin xüsusi xidmət orqanlarının İvanişvilinin qətlinin hazırlanması ilə bağlı araşdırma aparması Gürcüstanda da təhlükələrin olduğunu sübut edir.May ayında Slovakiyanın baş naziri Robert Fikoya, iyulun 13-də isə Pensilvaniyada seçki mitinqində ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Trampa qarşı sui-qəsd olub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki