image-34backend

İzmir sahillәrindә 71 qeyri-qanuni miqrant saxlanılıb

image-reklam_sirab_01

İzmirin Seferihisar və Çeşme rayonlarında qeyri-qanuni yollarla xaricə getməyə çalışan 71 qeyri-qanuni miqrant saxlanılıb.

Sahil Mühafizə Komandanlığının internet səhifəsində edilən paylaşıma görə, Seferihisar rayonu sahillərində Sahil Mühafizə Xidməti tərəfindən aşkarlanan rezin qayıqdakı 12 qeyri-qanuni miqrant saxlanılıb.

Çeşmə rayonu sahillərində isə 59 qeyri-qanuni miqrantın saxlanıldığı bildirilib.

Digər tərəfdən, Dikili rayonu sahillərində Yunanıstan Sahil Mühafizә Xidməti tәrәfindәn Türkiyəyә geri qaytarılan 30 qaçqın xilas edilib.

Qaçqınlar keçirilǝn ǝmǝliyyatdan sonra Miqrasiya İdarǝsinǝ göndǝrilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki