Türkiyənin İzmir vilayəti sahillərində 100-dən çox qeyri-qanuni miqrant saxlanılıb.
Vətəninfo.az xəbər verir ki, bu barədə Türkiyə Sahil Mühafizə Komandanlığından bildirilib.
Urla və Çeşmə rayonlarında iki rezin qayıqda 21-i uşaq olmaqla 101 qeyri-qanuni miqrant Türkiyənin ərazi sularından sahilə çıxarılıb.
Saxlanılanlar əməliyyatın ardınca Miqrasiya İdarəsi Müdirliyinə göndərilib.