image-1backend

“Joqovurd” qəzeti:”Putin Paşinyandan izahat tələb edib”

image-reklam_sirab_01

Rusiya preizdenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanda KTMT-nin iclaslarına qatılmaması və Qərbə yönəlmə ilə bağlı izahat tələb edib. Vətəninfo.az xəbər verir ki, bu barədə erməni nəşri  “Joqovurd” qəzeti  yazır.

“Dünən məlum olub ki, Ermənistan  baş naziri Nikol Paşinyan  Sankt-Peterburqa işgüzar səfərə gedib. Nikol Paşinyan orada Ali Avrasiya İqtisadi Şurasınınsessiyasında iştirak edib. Və bu gün, dekabrın 26-da o, MDB-nin [(Müstəqil Dövlətlər Birliyi)] qeyri-rəsmi sammitində iştirak edəcək. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bunu uzun fasilədən sonra Paşinyan- Putinin təması üçün yaxşı fürsət hesab edib.

Paşinyanın Rusiyaya səfərini xüsusilə Rusiya hakimiyyəti gözləyir, çünki onların Paşinyana çoxlu sualları var və Rusiya  prezidentinin Paşinyandan şəxsən alacağı izahatları var. “- nəşr qeyd edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki