image-c3411ee43b0a4233ffaebf83245a0096-thumbbackend

Josep Borrell: Aİ Cənubi Qafqazda davamlı sülh və təhlükəsizliyə nail olmaqda iştirak etməkdə davam edir

image-reklam_sirab_01

Avropa İttifaqının Xarici İşlər Xidmətinin rəhbəri Josep Borrell bildirib ki, Aİ Cənubi Qafqazda davamlı sülh və təhlükəsizliyin əldə olunmasında iştirakını davam etdirir.

Vətəninfo.az xəbər verir ki, o, Twitter-dəki mikrobloqunda Brüsseldə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüş keçirdiyini bildirib.

“Avropa Şurası sədrinin təşkil etdiyi üçtərəfli görüşü alqışladım. Biz onun nəticələrini və gələcək inkişaf yollarını müzakirə etdik, Aİ ilə Azərbaycan arasında münasibətlərə dair fikir mübadiləsi apardıq. Aİ Cənubi Qafqazda davamlı sülh və təhlükəsizliyə nail olmaqda iştirakını davam etdirir”, – Borrell yazıb .


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki