“Jurnalistika ilə məşğul olduğuma görə günahkaram” -Vətəninfo.az xəbər verir ki, bunu “Wikileaks”in rəhbəri Culian Assanj bəyan edib.
“Wikileaks”in başçısı Julian Assange: “Mən tam aydınlıq gətirmək istəyirəm: Bu gün mən ona görə azadlıqda deyiləm ki, sistem işlədi. Bu gün mən azadam, çünki jurnalistika ilə məşğul olduğuma görə günahımı etiraf etmişəm.
Mənbədən məlumat almaqda günahımı boynuma aldım. Mənbədən məlumat əldə etməkdə təqsirli oldum. Və məlumatın nə olduğunu ictimaiyyətə çatdırmaqda təqsirli olduğumu etiraf etdim. Başqa heç nədə günahkar olmağımı etiraf etməmişəm”.