“Mədəniyyət Dalğası” İctimai Birliyinin təşkilatçılığı ilə oktaybrın 12-də “Jurnalistika mədəniyyəti” mövzusunda treninq keçirilib. Gənclərin bu sahəyə marağınını nəzərə alaraq təşkil edilən bu treninqdə əsas məqsəd jurnalistika mədəniyyətin təbliği, gənc jurnalistlərə mənəvi dəyərlərə hörmət prinsipini aşılamaq olub. Giriş sözündə “Jurnalistlərin Beynəlxalq əməkdaşlığı “ İctimai Birliyinin sədri Gülnarə Nemətova iştirakçıları salamlayıb . Medianın mədəni keyfiyyətinin formalaşmasından danışaraq qeyd edib ki, Jurnalistin peşə mədəniyyətini formalaşdıran əsasən 3 komponentdir: nitq mədəniyyəti, yazı mədəniyyəti və etik mədəniyyət. Bunların hər biri bir-birinə sıx bağlıdır. Gənc jurnalistlərin bu prinsiplərə əməl etməsi çox önəmlidir. Sonra çıxış edən Bacarıqlı Əllər Dünyası İctimai Birliyini sədri, “Vətən yolları” qəzetinin təsisçisi və baş redaktoru Azadə Məmmədova vurğulayıb ki, günümüzdə mənəvi dəyərlərə hörmət , onun təbliği bugün jurnalistlərin qarşısında duran vacib məsələlərdən biridir. Təəssüflə qeyd edib ki, müasir mediada buna o qədər əməl olunmur. O, gənc jurnalistlərə öz tövsiyələrini verib. Jurnalistlərin formalaşmasında bu cür treninqlərinin keçirilməsinin əhəmiyyətindən danışılaraq , davamlı olması arzulanıb. Yekunda iştirakçıları sualları cavablandırılıb. Xatıladaq ki, Mədəniyyət Dalğası İctimai Birliyin sədri Xalq artisti Nisə Qasımovadır.