image-1backend

“Kaan” daha bir uçuş testini uğurla tamamlayıb

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki ,Türkiyənin milli qırıcı təyyarəsi “Kaan”ın 3-cü uçuşu üçün testlər uğurla davam edir.

Yerli döyüş təyyarəsi “Kaan” aviasiyada “afterburner” kimi tanınan əlavə yanma qurğusunu işə salıb. Türk Aviasiya və Kosmik Sənayesi Şirkəti (TUSAŞ) həyata keçirilən testə aid görüntüləri yayımlayıb.

“Kaan” 21 fevral tarixində ilk uçuş testini uğurla tamamlamışdı. İkinci uçuşunu 6 may tarixində həyata keçirən təyyarə havada qaldığı 14 dəqiqə ərzində 10 min fut yüksəkliyə qalxaraq 230 knot sürətə çatmağı bacarıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image