Kabildə törədilən terror nəticəsində 6 nəfər ölüb, 13 nəfər yaralanıb
Sentyabrın 2-də axşam saatlarında Əfqanıstanın paytaxtında ölümcül terrorçu partlayıcı qurğunu işə salıb, nəticədə 6 nəfər həlak olub. Bu barədə Vətəninfo.az “İnterfaks” agentliyinə istinadən xəbər verir.
“Bu gün axşam saatlarında Kabilin Qala-e Bəxtiyari rayonunda 6-cı təhlükəsizlik zonasında partlayış baş verib və partlayışı kamikadze törədib. Partlayış nəticəsində biri qadın olmaqla 6 nəfər həlak olub, 13 nəfər yaralanıb”, – Əfqanıstanda hakim “Taliban” hərəkatının Daxili İşlər Nazirliyinin mətbuat mərkəzinin rəhbəri Xalid Zadran yazıb.
Zərərçəkənlər xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.
Hələlik Əfqanıstanda fəaliyyət göstərən silahlı qruplardan heç biri partlayışa görə məsuliyyəti üzərinə götürməyib.