Böyük Britaniya Çeçenistan rəhbəri Ramzan Kadırovun anasına sanksiya tətbiq edib.
Vətəninfo.az xəbər verir ki, bu barədə Britaniya hökumətinin saytında məlumat dərc olunub.
Belə ki, çirkli pulların yuyulması ilə mübarizə kontekstində tətbiq olunan maliyyə sanksiyalarına aktivlərin dondurulması və investisiya məhdudiyyətləri daxildir.
Britaniya hökuməti sanksiyaların tətbiq olunduğu 11 şəxs və qurumu Ukraynanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini təhdid edən fəaliyyətlərdə ittiham edib.
Sözügedən şəxs və qurumlara Axmat Kadırov Fondu və Ramzan Kadırovun anası Aymani Kadırova da daxildir.
Böyük Britaniya Tatarıstan Baş nazirinin müavini Leyla Fazleyevaya da sanksiya tətbiq edib.