Vətəninfo.az xəbər verir ki, Gürcüstanın hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının baş katibi, Tbilisi meri Kaxa Kaladze İslandiya, Litva və Estoniya xarici işlər nazirlərinin Tbilisidə parlament binası yaxınlığında xarici agentlər haqqında qanuna qarşı mitinq keçirməsini düşmənçilik addımı adlandırıb.
“Qərbin bu addımı düşmənçilikdir. Bu, dostluq deyil, açıq düşmənçilikdir, bizim xarici işlər nazirimizin İrəvana gedib oradakı müxalifətin mitinqində çıxış etməsini təsəvvür edirsinizmi? – Kaxa Kaladze Rustavi 2 kanalının efirində deyib.