İranın Hörmüz boğazını bağlaması böyük təhlükə olacaq, ona görə də Aİ xarici işlər nazirləri münaqişənin diplomatik yolla həlli imkanlarını müzakirə edəcəklər.Vətəninfo.az xəbər verir ki, bunu Aİ diplomatik xidmətinin rəhbəri Kaia Kallas Aİ xarici işlər nazirlərinin görüşünə gəldikdən sonra deyib.
“Avropa İttifaqının xarici işlər nazirləri diplomatik həll yolu üzərində cəmləşiblər. Onlar xüsusilə eskalasiya təhlükəsindən narahatdırlar, bunun nəticələri böyük ola bilər, xüsusən də İran tərəfindən Hörmüz boğazının bağlanması böyük təhlükədir və heç kim üçün yaxşı olmaz”, – o deyib.