image-1backend

“Kalaşnikov” hərbi və mülki məhsul istehsalını  artırdı

image-reklam_sirab_01

Rusiyanın müdafiə sənayesi şirkəti “Kalaşnikov” 2024-cü ilin ilk yarısında keçən ilin eyni dövrü ilə müqayisədə hərbi və mülki məhsul istehsalını 50, gəlirini isə 70 faiz artırıb.

Vətəninfo.az xəbər verir ki, “Kalaşnikov” tərəfindən verilən açıqlamada yazılır: “İlin ikinci yarısı üçün silah istehsalında yeni əlavə müqavilələr imzalanıb. Şirkətin istehsalında hərbi məhsul istehsalından tutmuş emal maşınları istehsalına qədər hər kateqoriyada artım müşahidə olunur. Hərbi və mülki məhsul istehsalı bu ilin ilk yarısında keçən ilin eyni dövrü ilə müqayisədə 50, gəlirləri isə 70 faiz artıb”.

Bu artım dərəcələri ilə bağlı həcm və ya maliyyə detalları paylaşılmayıb.

Qeyd edək ki, “Kalaşnikov” şirkəti 2022-ci ilin noyabrından Rusiya ordusuna hərbi texnika təchizatı üzrə koordinator təyin edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image