image-reklam-veteninfo
image-1backend

Kallas: Rusiya ehtimal ki, qaçırılan ukraynalı uşaqları Ukraynaya qarşı döyüşməyə göndərir

image-reklam-veteninfo

Avropa İttifaqının xarici siyasət rəhbəri Kaya Kallas Rusiyanın, ehtimal ki, qaçırdığı ukraynalı uşaqları indi Ukraynaya qarşı döyüşməyə göndərdiyini deyib. DW-nin yazdığına görə, o, bunu noyabrın 11-də Brüsseldə Avropa Parlamentində Rusiyaya zorla aparılan və işğal altındakı ərazilərdə yaşayan ukraynalı uşaqlarla bağlı müzakirədə bildirib, vəziyyətin dəhşətli şəkil aldığını deyib.

Kallas bir neçə gün əvvəl Ukraynaya qayıdan 13 uşaq və yeniyetmədən biri olan Luka adlı gəncdən danışıb. Onun sözlərinə görə, Luka 18 yaşı tamam olan kimi Rusiya ordusuna çağırış vərəqəsi alıb. Kallasın müzakirədə səsləndirdiyi rəqəmlərə görə, Rusiya 20 500-dən çox ukraynalı uşağı qanunsuz deportasiya edib, noyabradək 2 790 uşaq geri qaytarılıb.

Həmçinin oxuyun
Slovakiyanın Baş naziri Fitso Mertsin Ukrayna üçün büdcə şərtini “tipik şantaj” adlandırıb, Çexiya və Macarıstan da etiraz edir
Kallas müharibəni bitirəcək gələcək razılaşmanın hər ukraynalı uşağın valideynlərinə qaytarılmasını nəzərdə tutmalı olduğunu bildirib. O, Rusiyanı uşaqların valideynləri və qohumları ilə əlaqəsini təmin etməyə, humanitar dəhlizlər yaradılmasına kömək etməyə və BMT, UNICEF və Beynəlxalq Qırmızı Xaç Komitəsinə uşaqların saxlandığı yerlərə çıxış verməyə çağırıb.

Aİ uşaqların deportasiyasında iştirak edən şəxs və qurumlara sanksiyalar tətbiq edib, Kallasın sözlərinə görə, ukraynalı uşaqların aşkarlandığı Şimali Koreyadakı “Sondovon” uşaq düşərgəsi də sanksiya siyahısındadır. Avropa Parlamenti noyabrın 12-də bu mövzuda qətnaməyə səs verəcək. Rusiya uşaqların zorla aparılması ittihamlarını rədd edir.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki