Vətəninfo.az xəbər verir ki, ABŞ-ın keçmiş vitse-prezidenti Kamala Harris 2026-cı ildə Kaliforniyada keçiriləcək qubernator seçkilərində namizədliyini irəli sürməyəcəyini açıqlayıb.
Demokratlar Partiyasının tanınmış simalarından olan Harris bəyanatında bildirib: “Mən bu ştatı, onun insanlarını və gələcəyini sevirəm. Bura mənim evimdir. Lakin dərin düşüncələrdən sonra bu seçkilərdə qubernatorluğa namizəd olmayacağımı qərara aldım”.
2024-cü il prezident seçkilərində Donald Trampa uduzan Kamala Harris mövcud siyasi sistemin amerikalıları tez-tez yarı yolda qoyduğunu vurğulayaraq, siyasətdə yeni yanaşmalara ehtiyac olduğunu deyib. O, yaxın aylarda yeni təşəbbüsləri ilə bağlı ətraflı məlumat verəcəyini vəd edib.