image-kamalddin_qafarovbackend

Kamaləddin Qafarov: “17 oktyabr – Füzuli Şəhəri Günüdür”

image-reklam_sirab_01

“Füzuli şəhəri və rayonunun böyük hissəsi 1993-cü il avqustun 23-də terməni silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. Ermənistanın silahlı qüvvələri ilə mübarizədə rayon sakinlərindən 663 nəfər şəhid olmuş, 181 nəfər əsir və itkin düşmüşdür”.

Vətəninfo.az xəbər verir ki, bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Millət vəkili bildirib ki, ermənilər 30 illik işğal dövründə Azərbaycan ordusu ilə bütün təmas xətti boyunca güclü müdafiə istehkamları yaratmışdılar. “Füzuli rayonu istiqamətində isə xüsusilə möhkəmləndirilmiş istehkamlar daha çox idi. Füzulinin azad olunması müharibənin gedişinə və ümumilikdə müqəddəratına həlledici təsir göstərə bilərdi və bu, belə də oldu. Ermənistanın təxribatlarına cavab olaraq 2020-ci il 27 sentyabr tarixində başlayan Vətən müharibəsinin gedişində şanlı Ordumuzun qəhrəman döyüşçüləri istehkamları öz canları və qanları bahasına keçərək, oktyabr ayının 17-də Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhərini işğaldan azad etdilər. Bu vacib məqamları öz çıxışlarında daim ön plana çəkən cənab Prezident İlham Əliyevin dediyi kimi, bu gün biz əziz şəhidlərimizin xatirəsinə dərin ehtiramımızı ifadə edirik. Çünki, bu günə görə biz hamımız onlara borcluyuq. Hərbçilərimizin qəhrəmanlığı bizim yaddaşımızdan heç vaxt silinməməlidir. Bu gün bütün şəhidlərimizin ruhu şaddır ki, insanlar öz doğma torpaqlarına qayıdır. Şəhidlərimiz canlarını fəda edərək tarixi Zəfər çalıblar və bu fədakarlıq gələcək nəsillərin xoşbəxt həyatını təmin edən əsas amildir”.

Fikirlərini davam etdirən K.Qafarov Böyük Qayıdış Proqramının hazırda uğurla icra olunduğunu diqqət mərkəzinə çəkərək deyib: “Cənab Prezident İlham Əliyevin 2023-cü ilin 17 oktyabr tarixində, Füzuli şəhəri günü münasibətilə Füzuli şəhərində yerli sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı etdiyi çıxışında maraq doğuran məqamlardan biri də Böyük Qayıdış Proqramının uğurla icra olunduğuna dair yer almış açıqlamalar idi. Həmin tarixi çıxışında dövlətimizin başçısı bildirdi ki, 2026-cı ilin sonunda 22 min insanın təkcə Füzuli rayonunda, ümumilikdə Qarabağ və Şərqi Zəngəzurda isə 140 min insanın yaşaması nəzərdə tutulur. Bu gün Böyük Qayıdış Proqramının uğurlu icrasını təkcə biz deyil, artıq bütün dünya böyük maraq və heyranlıqla izləyir. Dövlətimiz tərəfindən işğaldan azad olunmuş bütün ərazilərdə insanların rahat yaşamaları üçün hər cür şərait yaradılır. Diqqətəlayiq haldır ki, bütün bu layihələri icra edərkən, məşğulluq məsələlərinə də xüsusi diqqət yetirilir. Müvafiq dövlət qurumları bu məsələ ilə bağlı ciddi addımlar atırlar ki, burada yerləşən insanların daimi məşğulluq imkanları da olsun. Böyük Qayıdış Proqramının icrasından danşarkən xüsusi olaraq qeyd olunmalıdır ki, bu gün gənc füzulililərin öz doğma torpalarına qayıtmaları da böyük və son dərəcə qürurverici hadisədir. Uşaq, yeniyetmə və gənclərin bu torpaqları heç zaman görmədikləri halda, belə bir qərar vermələri bir çox önəmli məqamlardan xəbər verir. Bu, xalqımızın böyüklüyünü və doğma diyarına bağlılığını göstərir. Artıq bütün dünya görür ki, Azərbaycan xalqının öz doğma torpağına sevgisi əbədidir və sarsılmazdır”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki