image-1backend

Kamran Əliyev moldovalı həmkarı ilə ikitərəfli münasibətlərin möhkəmləndirilməsi barədə danışıb

image-reklam_sirab_01

Baş prokuror Kamran Əliyev Moldova Respublikasının Baş prokuroru İon Muntyanu ilə görüşüb.

Bu barədə Vətəninfo.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Baş Prokurorluqda keçirilmiş görüşdə qonaqları salamlayan Baş prokuror ölkələr arasında mövcud olan siyasi, iqtisadi, ticarət və digər sahələrdə ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini bildirərək ötən ilin iyul ayında Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Moldova Respublikasının Baş Prokurorluğu arasında Əməkdaşlıq haqqında Anlaşma Memorandumunun qurumlararası fəaliyyətə müsbət təsirini qeyd edib.

Görüşdə Kamran Əliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bilavasitə rəhbərliyi altında COP29-un ən yüksək səviyyədə təşkil olduğunu vurğulayıb.

COP29 çərçivəsində Azərbaycanın Baş Prokurorluğu, BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə idarəsi (BMTNCİ) tərəfindən təşkil olunan, həmçinin Birləşmiş Ərəb Əmirliklərinin Daxili İşlər Nazirliyi tərəfindən həmsədrlik edilən noyabrın 15-də keçiriləcək “İqlim dəyişikliyi ilə mübarizədə hüquq mühafizə orqanlarının səfərbər olunması” adlı yüksək səviyyəli sessiyası barədə danışan tərəflər birgə əməkdaşlığın əhəmiyyəti, ikitərəfli münasibətlərin möhkəmləndirilməsi barədə danışıb.

Moldova Respublikasının Baş prokuroru səmimi qəbula və qonaqpərvərliyə görə təşəkkürünü bildirərək, ölkələrimiz arasında hüquqi əməkdaşlığın gələcəkdə daha da genişlənəcəyinə əminliyini ifadə edib.

Azərbaycanın COP29 kimi mötəbər beynəlxalq tədbirə hazırlığının ən yüksək səviyyədə olduğunu qeyd edən qonaq COP29-un dünya üçün böyük töhfələr verə biləcəyindən əminliyini vurğulayıb.

Nümayəndə heyətinin Azərbaycanda işgüzar səfəri davam edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image