image-1backend

Kamran Nəbizadəyə mandat verilir – Sabiq deputat Nizami Cəfərovu əvəzləyəcək

image-reklam_sirab_01

Azərbaycan Sənaye Korporasiyası Açıq Səhmdar Cəmiyyətinin Baş direktoru Kamran Nəbizadəyə mandat verilir. Etibarlı mənbədən Vətəninfo.az-a daxil olan məlumata görə , 2015-ci ildə 107 saylı Qazax seçki dairəsindən Milli Məclisin deputatı seçilən Kamran Nəbizadə bu dəfə 107 saylı deyil, 108 saylı dairədən Nizami Cəfərovun yerinə öpz namizdəliyini verəcək. Buna səbəb isə 64 yaşlı Nizami Cəfərovun parlamentdə o qədər də aktiv olmamamasıdır. Mənbəmiz iddia edir ki, məhz bu səbəbdən sabiq deputata 108 saylı seçki dairəsindən namizdəliyini irəli sürmək tövsiyyə edilib.

Qeyd edək ki, Milli Məclisin V çağırış deputatı olan Kamran Nəbizadə VI cağırış Milli Məclisə seçkilərdə deputat seçilə bilməmişdi. Həmin zaman isə Kamran Nəbizadəyə Azərbaycan Sənaye Korporasiyası Açıq Səhmdar Cəmiyyətinin Baş direktoru  vəzifəsi verilmişdi.

Kamran Nəbizadə 5 fevral 1971-ci ildə Bakı şəhərində tanınmış neftçi Telman Nəbiyevin ailəsində anadan olub. 1987-ci ildə Bakı şəhəri 6 saylı orta məktəbi bitirib, həmin il Lomonosov adına Moskva Dövlət Universitetinin iqtisadiyyat fakültəsinə daxil olub və 1992-ci ildə həmin universiteti “iqtisadiyyatçı”, “maliyyə mütəxəssisi” ixtisası üzrə bitirib. Daha sonra Türkiyənin “Garanti Bankası”nda ezamiyyət keçib.

1993-cü ildən 1998-ci ilə qədər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xarici İqtisadi Əlaqələr İdarəsində maliyyə xidmətinin rəisi vəzifəsində çalışıb.

1998-ci ildən 2003-cü ilə qədər “LUKoil Marine İnternational” şirkətinin vitse-prezidenti olub.

2001-ci ildə Ümumrusiya Xarici Ticarət Akademiyasının Xarici İqtisadi Əlaqələr fakültəsini “Dünya iqtisadiyyatı üzrə mütəxəssis” ixtisası üzrə bitirib.

2003-2006-cı illərdə Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətində məsul vəzifələrdə çalışıb.

Kamran Nəbizadə həm də 2023-cü iuldən Azərbaycan Ağırlıqqaldırma Federasiyasının prezidentidir.

İqtisadiyyat üzrə fəlsəfə doktorudur. Siyasi mənsubiyətinə görə bitərəfdir.

Ailəlidir, 3 övladı var.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki