image-1backend

Kanada da ABŞ-a  25% vergi tətbiq edir

image-reklam_sirab_01

Kanada, Vaşinqtonun Kanada mallarına 25% rüsum tətbiq etməsinə cavab olaraq, fevralın 4-dən etibarən ABŞ-dan idxal edilən bir sıra mallar üçün tarifləri artıracaq.

Vətəninfo.az xəbər verir ki, bununla bağlı Kanada hökuməti bəyanat yayıb.

Ət, süd məhsulları, meyvə-tərəvəz, portağal suyu, şərab, pivə, spirtli içkilər və qəhvə də daxil olmaqla, 155 milyard dollar dəyərində Amerika məhsullarına 25% rüsum tətbiq ediləcək. Bundan əlavə, minik avtomobilləri, yük avtomobilləri və avtobuslar, elektromobillər, motosikletlər, dəmir və alüminium məmulatları, kosmetika, kağız, ayaqqabı, geyim, bomba, mina, raket, qumbara və bir sıra digər mallara gömrük rüsumları tətbiq ediləcək. Kanada hökumətinin bəyanatında deyilir: “ABŞ Kanadaya əsassız tariflər tətbiq etməyə davam edərsə, hökumət əlavə tədbirləri, o cümlədən qeyri-tarif variantlarını nəzərdən keçirdiyi üçün bütün variantlar masada qalır”.

Fevralın 1-də ABŞ Kanadadan idxal edilən mallara 25%, enerji ilə bağlı mallara isə 10% rüsum tətbiq edəcəyini açıqlamışdı. Amerika tarifləri fevralın 4-dən qüvvəyə minəcək. Bundan əlavə, ABŞ prezidenti Donald Tramp Meksikadan idxal edilən mallara 25%, Çindən idxal olunan mallara isə 10% rüsum tətbiq ediləcəyini açıqlayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image