Kanada, Rusiyaya qarşı 13 fiziki və 11 hüquqi şəxsə qarşı yeni sanksiyalar tətbiq edib. Vətəninfo.az-ın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə çərşənbə günü Kanada Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirliyin bəyanatında qeyd olunub ki, yeni tədbirlər Moskva üçün “iqtisadi xərclərin artırılmasına”, o cümlədən “enerji gəlirlərinin məhdudlaşdırılmasına və hibrid və adi hərbi əməliyyatların aparılması imkanlarının zəiflədilməsinə” yönəlib.
Sanksiya siyahısına, Rusiya pilotsuz təyyarələrinin hazırlanması və istehsalı ilə məşğul olan bir neçə təşkilat daxil edilib. Bundan əlavə, sanksiyalar LNG istehsalı və tədarükü ilə məşğul olan bir sıra Rusiya müəssisələrinə, həmçinin Rusiyanın “kölgə donanması”ndan olan 100 gəmiyə də təsir göstərib.


























