Kanadada yaşayan Elnaz Hactəmirinin oğurlanmasından 3 ay keçib və Kanada polisinin onu tapmaq üçün apardığı geniş araşdırmalar uğursuz olub. İran vətəndaşını olan azərbaycanlı qadını oğurlayanlar polis geyimində üç qaradərili şəxs olub. Ontario polisi və oğurlanan qadının anası Kanadada yaşayan iranlılardan kömək istəyib.
“The Guardian” qəzeti yazır ki, 2022-ci il yanvarın 12-də soyuq qış gecəsində polis geyimində olan 3 silahlı şəxs 37 yaşlı iranlı qadını Torontonun şimalında yerləşən qohumunun evində döyüb və onu həbs etmək üçün əllərində məhkəmə qərarı olduğunu iddia ediblər.
Daha sonra onlar Elnazı ayaqyalın qarın üzərində sürüyərək “Lexus RX 350” markalı avtomobilə mindirərək özləri ilə aparıblar. O gecədən sonra Elnazdan heç bir xəbər yoxdur.