AFP mənbəyi naməlum dronların sarayın üzərindən uçduğunu və təhlükəsizlik qüvvələrinin onlara atəş açdığını bildirib. Mənbə “vəziyyətin nəzarət altında olduğunu” bildirib.
BNO News şahidlərə istinadən xəbər verir ki, Venesuela prezidentinin Karakasdakı iqamətgahı olan Miraflores Sarayının yaxınlığında silah səsləri eşidilib.
AFP həmçinin hökumətə yaxın mənbəyə istinadən atışma barədə məlumat yayıb. Mənbə əlavə edib ki, “vəziyyət nəzarət altındadır”.


























