image-1c6487a6-33a3-4818-8a4a-3417ba16f3e4backend

Keçirilən aksiyalar paytaxtın ekoloji durumunu daha da yaxşılaşdıracaq

image-reklam_sirab_01

2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar bu il ölkəmizin bütün bölgələrində mütəmadi olaraq kütləvi ağacəkmə aksiyaları təşkil edilib və bu zaman yüz minlərlə yeni ağac və kollar əkilib. paytaxt Bakı şəhərində bu aksiyalar geniş vüsət alıb. Şəhərin müxtəlif ərazilərində, park və istirahət bağlarında, prospekt və küçələrin kənarında yerli iqlimə uyğun ağaclar, kollar və güllər əkilib və bu işlər davam etdirilir.

18-27 oktyabr tarixlərində ölkə üzrə “Yaşıl bir dünya üçün həmrəy olaq!” şüarı altında keçirilən genişmiqyaslı ağacəkmə aksiyalarında paytaxt Bakı Şəhər paytaxt rayonlarının İcra Hakimiyyətləri də yaxından iştirak edirlər. Bu işlər çərçivəsində oktyabrın 26-də Bakı Şəhər Pirallahı rayon İcra Hakimiyyətlərinin təşkilatçılığı ilə paytaxtın Pirallahı rayonunda əsas magistral yolunun kənarındakı boş ərazidə növbətigenişmiqyaslı ağacəkmə aksiyası keçirilib.

Bu gün keçirilən aksiyada icra qurumlarının, kommunal və digər xidmətlərin, Yaşıllaşdırma Birliyi Təsərrüfatının əməkdaşları tərəfindən iqlim şəraitinə uyğun olaraq seçilmiş 3000-dən çox Eldar Şamı və 2000-dən çox oleandr kolları əkilib.Yeni əkilən ağac və kollara aqrotexniki qulluq göstərilməsi, onların qorunması və suvarılması ilə bağlı vacib təşkilati və texniki tədbirlər görülüb.

Yaxın gələcəkdə bu ərazidə əkilən ağac Pirallahı qəsəbəsinə uzanan magistral yolu daha da gözəlləşdirəcək, sakinlərimizin zövqünü oxşayacaqdır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki