image-bdec130cb37bf1524c79ad18009784ffbackend

Keçmiş milli futbolçular deputat seçildilər

image-reklam_sirab_01

Türkiyədə keçmiş milli futbolçular Alpay Özalan AK partiyadan, Saffet Sancaklı MHP-dən, Ünal Karaman isə İYİ Partiyadan millət vəkili seçiliblər.

Bəzi idmançılar isə seçkilərdə qalib gəlməyiblər.

AK partiyanın Antalyadan namizədi, keçmiş futbol hakimi Kuddusi Müftüoğlu, İYİ partiyasının Hataydan namizədi, keçmiş milli futbolçu Gökhan Zan, CHP-nin Ankaradan millət vəkili namizədi milli taekvondoçu İrem Yaman parlamentə daxil ola bilməyiblər.

Qeyd edək ki, ötən gün Türkiyədə prezident və 28-ci çağırış parlament seçkiləri keçirilib. Dövlət başçısı postu uğrunda üç namizəd – hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan, Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu və Ata İttifaqının namizədi Sinan Oğan mübarizə aparıblar.

Səsvermə bülletenlərinin 99,37%-i sayılıb . Son məlumata görə, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan: 49,42%-lə öndədir. “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu 44,95%, Sinan Oğan isə 5,20% səs toplayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki