“Azərbaycanın tələblərinin yerinə yetirilməməsinin genişmiqyaslı müharibənin səbəbi olacağı realdır”. Bu sözlərin müəllifi Ermənistanın keçmiş ədliyyə naziri Gevorq Danielyandır.
O qeyd edib ki, hazırda Azərbaycan israrlı şəkildə erməni qoşunlarının Qarabağdan çıxarılmasını tələb edir. “Artıq bununla bağlı beynəlxalq təşkilatlara belə müraciət edib. Qarabağda ordu yoxdur. Lakin Bakı tələbində israrçıdır. Bu olmazsa, müharibə qaçılmaz olacaq”.
Sabiq nazir onu da bildirib ki, Azərbaycan Ermənistandan hərbi və ekoloji zərərlərə görə, 200 milyard dollar təzminat tələb etməyə hazırlaşır. “Bakı bununla bağlı yüksək səviyyədə tutarlı əsaslandırma da hazırlayıb. İndinin özündə də üzərində ciddi şəkildə işləyirlər”.